İncəsənətin müxtəlif növləri məlumdur: memarlıq, boyakarlıq, heykəltəraşlıq, musiqi, teatr, ədəbiyyat və s. Bunların arasında boyakarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət təsviri sənətə aiddir. Boyakarlıq əsərinin başlıca təsvir vasitələri rəsm və rənglərdir. Onu müxtəlif növlərə ayırmaq olar. Boyakarlığın ən qədim, ibtidai forması divar rəsmləridir. Onlar ibtidai dövrdə mağaralarda çəkilən heyvan və insan təsvirlərindən tutmuş ən müasir ictimai binaların monumental təsvirlərinə qədər olan rəsmləri əhatə edir. Qədim dövrlərdə dini tikililəri: məbədləri, məscidləri və kilsələri bəzəyən təsvirlər dini ideyaların təbliğinə yönəlirdi. Müasir dövrdə elm, mədəniyyət ocaqları, ictimai mərkəzlər onların ideyalarını bədii şəkildə təbliğ edən təsviri ərlə bəzənir. Divar rəsmlərinin çəkilməsi zamanı müxtəlif bədii-texniki materiallardan və üsullardan istifadə olunur. Bunlardan biri suvağı qurumamış divarda sulu boyalarla işlənən freska (italyanca “nəm”) texnikasıdır. Qədim Misir və Qədim İkiçayarası dövründə nəinki Asiya və Avropa, hətta Afrika və Qədim Amerikanın möhtəşəm memarlıq abidələri məhz freska texnikası ilə işlənmiş rəsmlərlə bəzənmişdir. Freska ilə yanaşı, mozaika adlanan başqa bir texnika da geniş yayılmışdı. O, qeyri-şəffaf xırda, rəngli şüşə parçalarını divarın yaş suvağına düzməkdən ibarətdir.
Freskadan fərqli olaraq, mozaika yağışa, qara və başqa təbii maneələrə dözümlüdür. Qədim Roma villalarındakı hovuzların dibindən mozaika orta əsrlərdə saray və məbədlərin divarlarına köçür və o, yüksək sənət növləri arasında özünəməxsus yer tutur. Məsələn,