“Qəzəlimə yazdığın şirin cavab çox xoşuma gəldi. Hazırda başqa bir şeyə gümanım olmadığından haman kitabı sənə silə (hədiyyə) göndərirəm. Yadigari-ustad olmaq təriqiylə qəbul edəsiniz. (Ustaddan yadigar kimi qəbul edin.) Şairlikdə tərəqqi etməyinizi arzu edirəm”
Aylarla ehtiyac içində, işsiz, əzabəziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulur. Xəstəliyi getdikcə şiddətlənən şairə Tiflisdə həkimlər cərrahiyyə əməliyyatı aparmağı təklif edirlər. “Mən portmanat deyiləm ki, məni açasınız, baxasınız və yenidən bağlayasınız” - deyib Şamaxıya qayıdır.
Azərbaycan ədəbiyyatına yeni mövzu və obrazlar gətirən Nizami özünün beş poemasını “Beş xəzinə” adı altında birləşdirmiş, həmin poemalar sonralar tədqiqatçılar tərəf indən “Xəmsə” adlandırılmışdır. “Xəmsə” beşlik deməkdir.
Əmr cümlələri məsləhət, xahiş, istək, nəsihət, əmr bildirir. İntonasiyadan asılı olaraq əmr cümlələrinin sonunda nöqtə və ya nida işarəsi qoyulur.
Əmr cümlələrinin xəbəri feilin əmr şəklində olur.