İndi dəllal bu cür qazancı əldən vermək istəmirdi. Buna görə də tez şüşəsi qırıq eynək... taxıb razılıq almadan “Xəmsə”ni götürdü. Kitabın səhifələrini vərəqləyərək şəkillərinə tamaşa elədi, özlüyündə qiymətini qoyduqdan sonra boğazını arıtlayıb Sabirə tərəf döndü:
- Mirzə, - deyə səsinin ahənginə həlimlik qataraq dilləndi, - bilirəm ki, indi sənə pul lazımdır. Mən də ürək... rəhmli (...) bir adamam. Ona görə də sənə əl tutmaq, kömək etmək (...) istəyirəm. De görüm, bu “Xəmsə”nin qiyməti neçədir? Haqqını elə bu dəqiqə verəcəyəm...
Dəllal çeşməyini (...) çıxarıb xırda, hiyləgər gözlərini xəstənin sifətinə dikdi. Sabir çevik bir hərəkətlə dikələrək ilk səhifəsində müəlliminin ürək sözləri yazılmış kitaba baxdı. Sonra qəzəbli nəzərlərlə dəllalı süzdü:
- Gerçəyini bilmək istəyirsənsə, bu kitabın qiyməti yoxdur. Əgər olsa da, sənin vücudunun qiymət... qat-qat bahadır.
Sabirdən belə təhqir gözləməyən dəllalın səsi titrədi:
- Mirzə, niyə elə danışırsan? Mən ki müftə (...) istəmirəm. Haqqını alacaqsan da. Pul verəcəyəm də.
Sabir çənəsini qaşıyıb üzünü ona tutdu:
- Dəllal, çıx get! Bundan sonra bir daha mənim kandarıma ayaq basma! Onu anla ki, Sabir ac-susuz qala bilər, dərmansız keçin..., ancaq Nizamisiz yaşaya bilməz!
Səriyyə Tahirzadə