Xeyli vaxt idi ki, Sabir xəstə yatırdı. Artıq özü də başa düşmüşdü ki, bir daha yataqdan qalxa bilməyəcək. Lakin yenə özünü sındırmır, arabir arvadı (...) Büllurnisə ilə zarafat edərək onu güldürməyə çalışırdı. Büllurnisə gülürdüsə də, tez-tez gözləri dolur, ağladığını Sabirdən gizlətməyə çalışırdı.
Büllurnisənin dərdi (...) çox idi. Sabirin xəstəliyi bir yana dursun, evdə yeməyə də bir şey (...) yox idi. Pula gedən nə var idisə, satıb xərclə... . Evdə, demək olar ki, bir şey qalmamışdı. Yazıq arvad nə edəcəyini bilmirdi. Bu zaman qonşudan onu səslədilər. Sabirə tez qayıdacağını söyləyib çıxdı.
Sabir yaxındakı rəf... Nizaminin “Xəmsə”sini götürüb vərəqləməyə başladı. Bu kitabı ona ustadı (...) Seyid Əzim Şirvani bağışlamışdı. Neçə illər idi ki, əzizləyə-əzizləyə saxlayırdı.
Birdən qapı döyüldü. Sabir kitabı yanındakı stol... üst... qoyub gözlərini qapıya dikdi:
- Gəlin, açıqdır.
Qapı cırıltı ilə açıldı. Astana... əsəbi halda başmaqlarını çıxaran dəllal qoltuğundakı bağlamanı yerə atdı, narazı bir halda gileylən... başladı:
- Mən bu alverdə xeyir əvəzinə, zərər gördüm. Mənə ancaq müftə hamballıq qaldı. Bütün Şamaxını ayaqdan salmışam, amma bu kitablara pul verən tapılmadı. Kimə təriflədimsə, dodaq büzdü, məni məsxərəyə qoydu. Dedilər ki, bunlar yaxşı kitab olsaydı, Mirzə Ələkbər satdırmazdı.
Sabir danışmadı. Dəllal bir an ara verib müştəri gözü ilə evin künc- bucağına nəzər saldı. Lakin dəyərli (...) heç nə görmədiyindən əlavə etdi:
- Mirzə, əgər gizlində qiymətli bir şey varsa, mən elə bu saat nağd pula ala bilərəm. Yoxdursa, daha mənə əziyyət vermə.
- Xeyr! Kasıbın malı göz qabağında olar. Çox heyif ki, gördüyündən savayı, heç nəyimiz yoxdur.
- Onda xudahafiz, Mirzə! Xahiş edirəm, bundan sonra bir də belə lazımsız şeyləri xırıd etmək üçün məni narahat etməyəsən.
Dəllal dönüb çıxmaq istəyəndə cildinə çırağın işığı düşmüş köhnə “Xəmsə”yə gözü sataşdı. Dərhal ayaq saxladı. İçərisindən xəbərdar olmasa da, bu kitabın tərifini çoxlarından eşitmişdi. Bir neçə müştəri... ona: “Əgər Nizaminin “Xəmsə”sini tapsan, gətir, haqqını artıqlaması ilə verərəm!” - demişdi.