Bir dəfə Əmir Teymur sarayında camaatı qəbul edir, onların şikayətlərini, istəklərini dinləyirmiş. Saray qaydalarına görə, gələnlər əmirin qarşısında diz çöküb onun ətəyindən öpürmüşlər.
Qəbul, son, yaxın, qapılar, açılmaq, və, içəri, yaşlı, bir, kişi, daxıl olmaq. O, qaydalar, uyğun olmaq, başıaşağı, yavaş-yavaş, əmir, yaxınlaşmaq, ayaqlar, qədər, əyilmək, istəmək. Üz, heyrət, dolu, bir, ifadə, olmaq, Teymur, cəld, hərəkətlə, qoca, qol, tutmaq, o, əyilmək, təzim etmək, mane olmaq. Bununla, kifayətlənməmək, tez, qoca, titrəyən, əl, öpmək, və, hörmətlə, o, öz, taxt, əyləşdirmək.
Saray əhli bu gördüklərindən heyrətə gəlmişdi. “Hər kəsi ayaqlarına qədər gətirib təzim etdirən Teymurun görünməmiş ehtiramla qarşıladığı bu qoca kim idi?” sualı onları düşündürsə
də, soruşmağa kimsədə cəsarət yox idi. Teymur özü buna bir aydınlıq gətirir və qocanın qarşısında baş əyərək “...”, – söyləyir.
Hökmdar Əmir Teymur xəstə olarkən
vəsiyyətində belə demişdi:
– Məni müəllimimin ayağı altında
dəfn edin.
Teymurun vəsiyyətinə əməl olunmuşdur.
M.F.Axundzadə ölüm ayağında olarkən onun dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynamış müəllimi M.Ş.Vazehin ayaqları altında dəfn olunmasını vəsiyyət etmişdir. Onların hər ikisinin qəbri Tiflisdədir.
Oxuduğunuz məlumatlardan hansı nəticəni çıxara bildiniz?
Mətndə sual cümlələrindən istifadə etməyə çalışın.
Yazını yazdıqdan sonra onu təhlil edin.
Hansı cümlələrdən daha çox istifadə
etdiniz? Nə üçün?