Sultan Məhəmməd türk padşahı(...) oğlu idi. (1) O, məktəb(...) yaxşı oxumur və intizam(...) əməl etmirmiş. Müəllim isə padşahın xatirinə ona cəza vermir(...). (2) Əhvalat padşaha çat(...). O, müəllimlə görüşüb deyir:
- Ey hörmətli müəllim! Mən sizin dərsiniz(...) gələcəy(...). Siz dərsdə məni danlayıb dey(...) ki, övladınız sözə baxmır. (3) Qoy Sultan Məhəmməd gör(...) ki, siz padşahı da cəzalandıra bilər(...).
Bir neçə gündən sonra padşah məktəbə gəlir.
- Müəllim, icazə verin, dərsdə iştirak edim.
- Buyurun, keçib əyləşin. Xoş gəlmişsiniz!
Padşah oturub dərsə qulaq asır. (4) Müəllim padşaha deyir:
- Ey padşah, Sizin oğlu(...) dərslər(...) oxumur. (5) Sinifdə özünü pis aparır, intizamı pozur. Oğlunuz barədə tədbir görün. Onun tərbiyə(...) ilə məşğul olun. Tədbir görməsəniz, oğlunuzu məktəb(...) qovacağam.
Bundan sonra Sultan Məhəmməd özünü yığışdırır, intizama əməl edir, yaxşı oxumağa başlayır. Bəli, türk aləmində müəllim padşahdan da hörmətli hesab olunur.
Görüşmə və ayrılma etiketləri dilimizdə çox işlənən etiket növlərindəndir.
Salam, xoş gəlmişsiniz, sabahınız xeyir, axşamınız xeyir və s. görüşmə etiketləri; xudahafiz, sağ olun, salamat qalın, əlvida və s. ayrılma etiketləri hesab edilir.