Hökmləri oxuyub münasibət bildirin.
Söylənilən fikirlərlə bağlı veriləcək suallar ölçülüb-biçilməlidir.
Hər bir sual onun sahibinin səviyyəsi, dünyagörüşü, bilik və məlumatı haqqında təsəvvür yaradır.
Suallar əhatəli, düşündürücü, məntiqli, maraqlı olmalıdır.
Sualların verilməsində nəzakət qaydaları gözlənilməlidir.
Suala cavab aldıqdan sonra müsahibə (həmsöhbətə) razılıq bildirilməlidir.
Suallar xüsusi nəzakət və razılıqla qəbul edilməlidir. Bu, natiqin, müəllimin, suala cavab verən digər şəxsin mimikasında əks olunmalıdır.
Verilən suala dərhal münasibət bildirilməlidir.
Cavab vermək bacarığı insanın əsas keyfiyyətlərindən biridir.
Cavab verən təkcə bilik və məlumatını O deyil, eyni zamanda öz mədəni səviyyəsini də nümayiş etdirir.
Hər bir şəxs suallara aydın, lakonik və O müvafiq emosional çalarda cavab verməyi bacarmalıdır.
İctimai yerlərdə, geniş auditoriyalarda O natiqə, çıxış edən digər şəxslərə ünvanlanan suallar diqqətlə dinlənilməli, sualın müqabilində nəzakətli ifadələr işlənilməlidir.
Cavabdan sonra qarşı tərəfin razı qalıb-qalmaması soruşulsa, daha yaxşı olar.
Cavab verərkən etik normalar gözlənilməlidir.
“Qarşımızdakıların söhbətlərini diqqət və ciddiyyətlə dinləməliyik. Əgər bir toplantıda olduqda mövzunu düzgün və yaxşı anlamamışıqsa, qəlbə dəyməyən suallar verərək daha çox izah edilməsini rica etməliyik”.
Məhəmməd peyğəmbər (s.ə.s.)
Zəhmət olmazsa, deyin görüm; deyə bilməzsiniz ki; sizin fikrinizi bilmək olar?; sizə bir sual vermək olar?; fikriniz aydın olmadı, xahiş edirəm, bir də təkrar edin; zəhmət olmazsa, nümunə göstərin; bu məsələyə sizin şəxsi münasibətiniz necədir?; siz buna əminsinizmi?; düşünmək lazımdır; mən ayrı yolu seçərdim; siz bu təklifə necə baxırsınız?; siz belə fikirləşmirsiniz ki?; danışığınızdan məmnun oldum; çox sağ olun; sizdən razı qaldım; təşəkkürümü bildirirəm; minnətdaram; diqqətinizə görə təşəkkür edirəm; sizi yordum; vaxtınızı aldım; bəlkə, soruşmaq istəyirsən?; bu sualı başqa şəkildə də vermək olar, mənimlə razısınızmı?; bu barədə siz nə deyə bilərsiniz?; məni dinlədiyiniz üçün təşəkkür edirəm.