Cavablar:
– Mən Zərifə Əliyeva adına liseydə oxuyuram.
– Zərifə Əliyeva adına liseydə oxuyuram.
– Zərifə Əliyeva adına liseydə.
Hər hansı bir məlumatı almaq, hər hansı bir informasiyanı öyrənmək məqsədilə işlədilən cümlələrə sual cümlələri deyilir. Yazıda sual cümlələrinin sonunda sual işarəsi qoyulur.
Sual cümlələri sual intonasiyası, sual əvəzlikləri və sual ədatları vasitəsilə əmələ gəlir.
Qaydaya əsaslanaraq özünüz nümunələr yaradın.