şəhadətnamə - bir şeyi təsdiq edən, bir şeyə icazə verən sənəd, rəsmi kağız;
vəsiqə
şəhid - yüksək amal, məslək, əqidə yolunda ölən,həlak olan, canını fəda edən adam
şəxsiyyət - öz xarakteri, əxlaqı, cəmiyyətdə mövqeyi və s. baxımından
seçilən insan, şəxs, sima; burada: bir şəxsə xas olub onun fərdiyyətini müəyyən edən xüsusiyyətlərin
məcmusu
şərəf - mənəvi yüksəklik, heysiyyət, namus, mənəvi saflıq; ehtiram, sayğı, hörmət
şəvə kimi - zil qara,qapqara
şovinistlər - qatı millətçi, başqa millətləri sevməyən, qəbul etməyən
şölə - alov, parıltı, işıltı,şəfəq
T
taqət - güc, qüvvət, hal
tavan - binanın daxilinin üst örtüsü
təcavüz - burada: hücum, həmlə, basqın, zəbtetmə
təcəssüm - bir şeyin maddi, cismani ifadəsi, təzahürü
tədqiqat (işləri) - bir şeyi öyrənmək məqsədilə aparılan dəqiq elmi araşdırma
təəssüf - heyifsilənmə, kədərlənmə, acıma
təfəkkür-ağıl, idrak, düşüncə
təhqir etmək - mənliyinə toxunmaq, şərəfsiz etmək, alçaltmaq
təxəyyül - xəyal, xəyala qapılma; yaradıcılıq fantaziyası
təkzib (etmək) - yalan olduğunu, doğru olmadığını sübut etmək, elan etmək,
bildirmək
təqdimat - yuxarı təşkilatlara yazılı məlumat, müraciət, bəyanat
təqlid etmək - başqasını təkrarlamaq, özünü kiməsə oxşatmaq, yamsılamaq
tələffüz -hərf, söz və kəlmələri düzgün söyləmək, demək
təlim-tədris - burada: öyrətmə, dərs vermə, oxutma
təməl - 1) bünövrə, özül; 2) bir şeyin əsası, kökü
təmənnasız - özünə mənfəət, xeyir güdmədən
təmkinlə - vüqarla, ciddi surətdə, öz halını pozmadan
təsbit (etmək) - əvvəl deyilmiş bir sözün, fikrin düzgünlüyünü təsdiq etmə, qəbul etmə,
sabitləşdirmə
təşəkkül - inkişaf nəticəsində müəyyən xüsusiyyət və şəkil alma; formalaşma
təvazökar - özünü sadə aparan, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olan
təyinat(la) - kurs, məktəb və s. qurtarmış mütəxəssisləri müəyyən yerlərə işə təyin
etmə, göndərmə
töhfə(lər) - hədiyyələr, bəxşişlər, paylar
tövsiyə - məsləhət, göstəriş, tapşırıq
türbə - burada:məqbərə, mavzoley