rəvac (vermək) - irəli aparmaq, inkişaf etdirmək, irəliləmək
rica etmək - xahiş etmək, yalvarmaq
riqqətə gətirmək - təsirləndirmək, mütəəssir etmək, hissiyyatlandırmaq
ruh - insanın psixi aləmi, onun hiss və duyğuları, əhvali-ruhiyyəsi
rübai – dörd misralıq şeir forması
rüsxət (vermək) - icazə, izin (vermək)
rüsvay (etmək) - biabır etmək, abırdan salmaq, adını ləkələmək
S
sadiq - sədaqətli; vəfalı
sajın - metr sisteminin tətbiqindən əvvəl işlənmiş, 2,16 m-ə bərabər uzunluq ölçüsü
sarmaşmış - bir şeyin ətrafına dolaşmış, sarılmış
sarsılmaq (sarsıtdı) - kədərli xəbərdən, hadisədən böyük həyəcan keçirmək, sarsıntı keçirmək
saymazyana - etinasızlıq göstərərək, saymazlıqla, vecinə almadan
səhəng - su daşımaq üçün misdən və ya gildən düzəldilmiş qulplu, qarınlı, darboğaz qab
səlahiyyət - vəzifəsinə görə bir işə qarışmağa, bir işi
görməyə ixtiyarı, hüququ olma
sənəd -1) bir şeyi, faktı təsdiq, bir şeyə olan hüququ sübut edən rəsmi
kağız; 2) şəxsiyyəti təsdiq edən vəsiqə
sənət - sahibindən müəyyən hazırlıq tələb edən və yaşaması üçün əsas mənbə sayılan əmək
fəaliyyətinin
bir növü; peşə, iş, məşğuliyyət, incəsənətin qollarından biri
sərdabə - bir və ya bir neçə ölünün
basdırıldığı üstü tikili qəbir; məqbərə
sərkərdə - böyük qoşun birləşmələrinin başçısı; komandan
sığınacaq-daldalanmağa yararlı yer, daldanacaq, sığınacaq. Bombadan, güllədən,
yağışdan-seldən qorunmaq
üçün xüsusi düzəldilmiş yer
sınamaq - yoxlamaq; təcrübədən, sınaqdan keçirmək
sıyrılmaq - burada: canını
qurtarmaq
sidqlə - səmimiyyətlə, ürəkdən
silə - 1) qovuşma, əlaqə; 2) ağzına qədər dolu olmayan
süfrə - 1) yemək masasının üstünə, yaxud yerə salınan xüsusi parçadan tikilmiş örtük;
2) yemək, xörək; süfrə üstünə düzülmüş yeməklər
sürfə - həşəratların, cücülərin və s. ilk inkişaf mərhələlərindən biri; pupun ilk
inkişaf dövrü
süvari - ata minmiş, atlı; atlı əsgər
Ş
şahid - 1) bir hadisəni, əhvalatı, işi öz gözü ilə görmüş və ya görən adam; 2) özünə
məlum olan bir iş
haqqında şəhadət vermək üçün məhkəməyə çağırılan şəxs
şəbəkə - toraoxşar, toru xatırladan ornament,naxış, hörgü
şəhadət barmağı - baş barmaqla orta barmaq arasındakı barmaq