müqabilində - əvəzində,qarşılığında
müntəzəm olaraq - düzgün və ardıcıl, sistematik, daimi olaraq, sistemli olaraq
mürüvvət (mürvət) - rəhm,insaf, mərhəmət, insanlıq
müşahidə etmək - 1) diqqətlə baxmaq, göz qoymaq, seyr etmək;
mütəəssir (olmaq) - bir hal və vəziyyətin təsiri altında dəyişilmiş, qüssələnmiş,
dərdlənmiş, təsirlənmiş (olmaq)
müvəffəq olmaq - nail olmaq, əldə etmək, məqsədinə çatmaq, istəyinə nail olmaq
müyəssər olan - mümkün
olan, imkan daxilində olan, əldə edilə bilən; nəsib olan
N
nabələd - bələd olmayan, tanımayan, başqa yerdən gəlmiş
natamam - burada: qüsurlu, nöqsanlı, kəsirli
nər - burada: güclü, qüvvətli, igid
numizmatika - qədim sikkə və medalları toplayıb tədqiq edən elm
O
opponent(lər) - burada: dissertasiya müdafiəsində, elmi disputda çıxış etmək üçün
qabaqcadan təyin
olunmuş şəxs (alim)
Ö
önəmlisi - əhəmiyyətlisi, faydalısı, xeyirlisi
özəllik - özünəməxsus xüsusiyyətləri
özünü sındırmamaq - özünü pərt olmamış, məyus olmamış kimi, xətrinə dəyməmiş kimi
göstərmək
p
paleontologiya - qazıntılar nəticəsində tapılan nəsli kəsilmiş ən qədim heyvan və
bitkilərin tədqiqi ilə
məşğul olan elm sahəsi
peşman - öz səhvini və ya nöqsanını başa düşərək buna təəssüflənmə
pəki (türk) - yaxşı
pərakəndə - nizamsız, qarmaqarışıq, dağınıq
pərən-pərən (salmaq) - burada: ayrılmaq, dağıtmaq, bir-birindən ayrı salmaq
pərəstiş - burada: məftunluq,
həddindən artıq vurğunluq, məhəbbət
pişvazına (çıxmaq) - gələn adamı qarşılamaq, qarşısına çıxmaq
portmanat - pulqabı, pul kisəsi
R
rahib - monastırda yaşayıb rahibliyə girən şəxs (saçkəsdirmə mərasimindən keçərək
monastır
nizamnaməsinin tələblərinə uyğun olaraq tərki-dünya həyat keçirməyi əhd etmiş şəxs, kişi)
rəmz - bir fikri və ya anlayışı ifadə edən rəsm, şəkil, hərf və s. işarə
rəşadət - igidlik, qoçaqlıq, qəhrəmanlıq