məftunluq - heyranlıq, vurğunluq, valehlik
məğlubedilməz - yenilməz, məğlub olmayan, həmişə qalib gələn, basılmaz
məhəccərli - məhəccəri olan;sürahili, barmaqlıqlı
məhrum - nəsibli, hissəsi, payı olmayan; nəsibsiz
məqam - 1) yer, məkan; 2) vaxt, zaman; 3) vəzifə, mənsəb, rütbə; 4) hal, vəziyyət
məqam(ı) - burada: zaman(ı), vaxt(ı)
məqsədəuyğun - məqsədə, niyyətə, arzuya cavab verən, münasib olan
məlih - məlahətli, xoşagələn, şirin,duzlu
məmnun olmaq - razı qalmaq, xoşhal olmaq
mənən - mənəvi cəhətdən, ruhən
mənəviyyat - insanın mənəvi keyfiyyətləri, normaları; yüksək əxlaq
mərdanə - igidcəsinə, qorxmadan, qəhrəmancasına
mərhum - ölmüş, vəfat etmiş, rəhmətə getmiş
məruz qalmaq - tutulmaq, düçar olmaq, uğramaq, düşmək
məsxərə - lağa qoyma, istehza, ələ salma
məskunlaşmış - hansısa ərazidə yerləşmiş, sakin olmuş (əhali)
məsul şəxs - bir işə görə cavabdeh olan, məsuliyyət daşıyan şəxs
məsum - günahsız; heç bir günahı, qəbahəti olmayan
məşvərət- bir məsələni həll etmək üçün yığışıb danışma, müzakirə etmə, məsləhətləşmə
mətin - 1) bərk, möhkəm; 2) mətanətli, dönməz, etibarlı, sarsılmaz
mətn - 1) yazılmış və ya çap edilmiş halda olan hər cür nitq; 2) ədəbi əsərin və ya
musiqinin sözləri,
yazısı
minnət - özünü borclu bilmə
minnətsiz (çörək) - burada: heç kimə qarşı özünü borclu hiss etmədən, halal zəhmətlə
qazanılan çörək
miras - ölən adamdan sonra varislərə qalan mal, mülk və s. Burada: varisliklə gələcək
nəsillərə ötürülən
keçmiş adət və ənənələr
monastır - rahib və rahibələrin torpaq və kapitala malik kilsə-təsərrüfat
təşkilatından ibarət dini icması
mötəbər - burada: tanınmış, məşhur, hörmətli, nüfuzlu
müddəa - bir şeyə əsaslanaraq irəli sürülən fikir,
iddia, tezis
müdrik - çox ağıllı, dərrakəli, aqil, dünyagörmüş, dərin hikmət sahibi olan
müəllif - ədəbi, bədii, elmi və s. əsər yazan və ya tərtib edən adam; layihə, ixtira
sahibi olan adam
müftə - pulsuz, havayı
mühafizə - hücumdan, təhlükədən, zərbədən, qəsddən və s. qoruma, saxlama
mühakimə - bir şey haqqında fikir, mülahizə yürütmə
mühasib - buxalter
mükəmməl - heç bir qüsuru, kəsiri, nöqsanı olmayan, kəm-kəsirsiz, tam, əla