küp - sarı palçıqdan, gildən düzəldilən iri saxsı qab
kürək-kürəyə - bir-birinə arxalanaraq, kömək edərək, əl-ələ verərək
Q
qane etməmək - razı etməmək, kifayətləndirməmək, inandırmamaq, təmin etməmək
qanqallıq - yarpağı tikanlı alaq bitkisi
qasid - xəbər və ya məktub aparıb-gətirən adam; elçi, çapar
qeybdən - yoxdan, gözəgörünməz bir yerdən; məchul və naməlum, bilinməz yerdən
qeyzlə - qəzəblə, hiddətlə, acıqla
qəbz - bir şeyin alınması və ya qəbul olunması haqqında verilən kağız, sənəd
qəfildən - birdən-birə, gözlənilmədən, xəbərsiz, birdən
qəlbinə işləmək -(məc.) çox təsir etmək, qəlbinə toxunmaq qəlib - şablon,
əyar, ülgü
qənaətə gəlmək - qəti fikrə, nəticəyə gəlmək, yəqin etmək
qərq etmək - batırmaq (suda); (məc.) məhv etmək; batırmaq
qəryə -kənd
qəti - burada: tam yəqinliklə, möhkəm surətdə, tərəddüdsüz, sarsılmaz
qın - 1) xəncər, qılınc və s. kəsici silahları qoymaq üçün qab; 2) (məc.) qınına
çəkilmək, gizlənmək, özünü göstərməmək, heç bir işə qarışmamaq
qibleyi-aləm - müsəlman Şərqində hökmdara müraciət forması
qotika - Qərbi Avropada orta əsr memarlıq üslubu
qovurğa - qovrulmuş buğda, düyü, darı və s. dənələri
qüdrət - böyük qüvvət, güc; möhkəmlik, iradə; fitrət
qürbət - yad ölkədə, vətəndən uzaqda olma, qəriblik
qüsur - eyib, nöqsan, çatışmazlıq
L
leysan -aprel ayında yağan yağış, (məc.) çox güclü yağış
leytmotiv – əsərin ana xəttini təşkil edən əsas fikir
ləl-cəvahirat - qiymətli daş-qaş, cəvahirat
ləyaqət - insanda yüksək mənəvi keyfiyyət, öz dəyərini dərk etməkdən yaranan daxili
ehtiram hissi
M
mahir - bacarıqlı, məharətli, işini bilən, usta
malikanə(lər) - mülkədar mülkü, mülkədara məxsus ev və ona yapışıq bağça, bağ və
s.
maya - burada: rüşeym, döl
məbəd - ibadətgah. Burada: dərin hörmət bəslənilən yer
məcburiyyətində (olmaq) - zorla, məcbur olaraq,