hüsn - gözəllik, camal
hüzurunuza - yanınıza, qarşınıza
X
xanədan - qohumluq və ya vərəsəlik hüququna əsasən taxtda ardıcıl surətdə bir-birini
əvəz edən hökmdarlar sülaləsi
xəcalət - utanılacaq hal, utanma, başıaşağı olma
xəcalət çəkmək - çox utanmaq, çox sıxılmaq, həya etmək, utanıb-qızarmaq
xəcil (etmək) - xəcalətli, üzüqara (edən), utandıran, başını aşağı edən
xələl gəlməmək – ziyanı, zərəri olmamaq; eyibli, nöqsanlı olmamaq
xərac - vergi, bac
xəta - səhv, yanlışlıq, qələt
xilaskar - təhlükədən, ölümdən xilas edən; xilasedici, qurtarıcı
xitab etmək - müraciət etmək, üzünü tutaraq söz demək
xurcun - içərisinə şey qoymaq üçün, adətən, yük və minik heyvanlarının belindən aşırılan,
palaz kimi
toxunan, ya da cod parçadan tikilən ikigözlü iri torba
İ
iffət - saflıq, təmizlik, namus, həya, əxlaq
ixtiyarsız - özündən asılı olmayaraq; özü istəmədən; qeyri-iradi
ildönümü - hər hansı bir tarixi və b. hadisədən daha bir il keçdiyini göstərən gün
imarət - böyük və qəşəng bina, ev; mülk, tikili
inildəmək - bərk ağrı, əziyyət, ruhi iztirab və s. nəticəsində yavaşca zarımaq,
sızıldamaq, ağlar kimi həzin səs çıxarmaq
intizam - nizam və qayda, səliqə; qayda-qanuna riayət etmə
istehkam(lar) - düşməndən qorunmaq məqsədilə düzəldilən səngər, sədd, qala, divar və s.
tipli müdafiə tikililəri
ittifaqda yaşamaq - burada: birgə yaşamaq, sülh və əmin-amanlıqla yaşamaq
ittifaqla - lütfkarlıqla,mərhəmətlə, hörmətlə, gülər üzlə, xoş sözlə
iztirab - daxili həyəcan, mənəvi əziyyət, nigarançılıq, təşviş
K
kamil - mükəmməl, nöqsansız, yetkin, qüsursuz
kandar - qapı ağzı, astana
kəsir - nöqsan, çatışmazlıq; zərər, ziyan; əgər-əskik, naqislik, natamamlıq
kəsr - (riyaz.) vahidin müəyyən hissəsini göstərən ədəd
kor-koranə- düşünmədən, bilmədən, fikirləşmədən, görmədən
köks ötürmək-fikirdən, qüssə-qəmdən və s. hislərin təsirindən dərindən nəfəs almaq
kölələr - qullar (hər bir hüquq və mülkiyyətdən məhrum adamlar)