F
fələk - tale, qismət, bəxt, iqbal
fəryad (fəryadla) - acı-acı bağırma, nalə, fəğan, ah-nalə
fəsad - qarışıqlıq, fitnə,
intriqa
fəth (məs.: qalanın fəthi) - bir şəhər, ölkə və ya qalanın silah gücünə
alınması, zəbt olunması
forştadt - bayır-şəhər (şəhərətrafı)
G
gerçək - doğru, düz, həqiqi
gərdiş(i) dövran - burada: dövran, zaman, gediş
gildir-gildir - damcı-damcı, gilə-gilə
günbəz-yarımdairə şəklində bina damı (tavanı); qübbə
H
haqq - 1) doğru, düz, həqiqi; 2) hüquq, ixtiyar; 3) Allah, Tanrı
halal - zəhmətlə, namusla, qanuni yolla əldə edilmiş, qazanılmış
haman - 1) o, özü; 2) dərhal, o saat, tez
haram - halalın əksi
hasar - daşdan, kərpicdən və s. tikilən hasar, barı, sədd
hayqırtı(sı) - çığırtı, bağırtı, qışqırıq, hay-küy
hekayət – əhvalat, sərgüzəşt, hekayə
hədər olmaq - əbəs yerə sərf olunmaq, boş-boşuna, əbəs olmaq; faydasız olmaq
hədsiz - sonsuz
həkdən salmaq - heydən, haldan salmaq
həqarət - hörmətsizlik, təhqir; alçaldıcı, mənliyə toxunan söz və hərəkət
həlim - xasiyyətcə, təbiətcə yumşaq; sakit, dinc. Burada: xoşagələn, ürəyəyatan, qulağa
xoş gələn (səs haqqında)
həmkarlar(ına) - biri ilə bir yerdə, bir sənətdə, bir peşədə işləyən adam; iş, sənət,
ixtisas yoldaşı
hərarət - istilik; qızdırma. Burada: mehribanlıq, istiqanlılıq, xoş hislər
hərçənd - bir cümləni ona zidd olan və ya onu aydınlaşdıran başqa cümlə ilə
qarşılaşdıran bağlayıcı
həsir - ağac liflərindən, küləşdən, qamışdan toxunan məmulat
həsr (etmək) - yalnız bir işə, bir şəxsə və s. aid etmək, ona sərf etmək
hıçqırıq(larından) - səsini içinə alıb ağlarkən boğazdan çıxan qırıq-qırıq səslər;
hıçqırtı
himayə- birini (daha zəif olanı) qoruma, ona havadarlıq və qayğı göstərmə,
havadarlıq
hökmən - mütləq, necə olursa-olsun, hələm-həlbət
hövlnak - hal içində, vahiməli, dəhşətli qorxu içərisində