D
darğa - şəhər, qəza, mahal və ya vilayət hakimi
darvaza - əsasən, nəqliyyatın keçməsi üçün böyük həyət qapısı; alaqapı
Daun sindromu - irsi xəstəlikdir. Onun əsas səbəbi insanda normal 46 xromosom əvəzinə
47
xromosomun olmasıdır. Belə uşaqlarda intellektual inkişafda geriqalmalar müşahidə olunur. Bu xəstələr irqindən asılı olmayaraq, dünyanın hər
yerində bir-birinə oxşayırlar.
dəllal - alverdə alanla satan arasında vasitəçilik edən şəxs; aradüzəldən
dərk etmək - anlamaq, başa düşmək, öz düşüncəsi ilə qavramaq
dəyər - burada: qiymət, əhəmiyyət, keyfiyyət
dolama - dümdüz olmayan, əyri-üyrü, dolanbac
doluxsunmaq - bir şeydən mütəəssir olaraq gözlərinə yaş dolmaq; ağlamsınmaq, ağlamağı
gəlmək
dülgər, xarrat - ağac və taxtadan müxtəlif əşyalar (qapı, pəncərə) düzəldən usta,
doğramaçı
dürdanə - inci, mirvari. Burada: əziz, istəkli, sevimli, qiymətli
E
ehtiramla - tərəddüdsüz, sarsılmaz hörmətlə, hörmət və nəzakət qaydalarını gözləyərək
etibar - bir şəxsin sədaqətinə, səmimiyyətinə, düzgünlüyünə inam, etimad və bunlara
əsaslanan münasibət
etibarən - başlayaraq
etiraf (etmək) - öz qüsur və nöqsanını, günahını inkar etməyib qəbul etmə, boynuna alma
Ə
əbədiyyət - əbədilik, daimilik, həmişəlik var olan şey; sonsuz gələcək zaman
əda (ilə) - burada: təşəxxüs(lə), təkəbbür(lə)
əhvali-ruhiyyə - hal-əhval, ruhi vəziyyət
əlbəsə (əlbisə) - libas, paltar
əməli - praktiki; yalnız sözlə deyil, işlə, əməllə olan
ənam(lar) - bəxşiş(lər), hədiyyə(lər), mükafat(lar)
əsil-nəsəb - nəsil, soykökü, mənşə
əsir - 1) müharibədə ələ keçirilən düşmən əsgəri, zabiti və s.; 2) kölə, qul,
məhkum
əsr - 1) 100 illik dövr; 2) dövr, zaman, vaxt, çağ; 3) axşamüstü
əta etmək (olunur) - bağışlanır
əvət (türk) - bəli
əyan(lar) - burada: zadəgan(lar)
əzəli - zamanca başlanğıcı, ibtidası olmayan, əbədi