DƏRSLİKDƏ İSTİFADƏ OLUNAN SÖZLƏRİN
İZAHLI LÜĞƏTİ
A
abadlaşdırmaq - bir yeri abad etmək, yaxşılaşdırmaq, yaşayış üçün lazım olan hər cür
şəraitlə təmin etmək,
gözəl və mədəni hala salmaq
abadlıq - bax: abadlaşdırmaq
ad-san - nüfuz, hörmət, yaxşı ad
axirət dünyası- dini etiqadlara görə, insanların öldükdən sonra düşəcəyi
ikinci və əbədi dünya
axund – xüsusi təhsil görmüş din xadimi
altun-qızıl
analoq - hadisələr, məfhumlar arasında oxşarlıq, bənzərlik, uyğunluq
ayin(lər) - dini məzmunlu mərasim; ibadət. Burada: qayda, qanun, adət, üsul
B
babalını (boynuna) götürmək - günahını, məsuliyyətini götürmək
bais olmaq - səbəb olmaq
barlanmaq – meyvə (bar) gətirmək, məhsul gətirmək
bədəsil - əsli pis, zatı pis, əsilsiz, nəcabətsiz
bəhrələnmək - faydalanmaq, istifadə etmək, xeyir götürmək
bənna - binanın daş, kərpic hissəsini tikən usta
bəşəriyyət - aləm, insanlar, insanlıq
bir sıxma - bir çimdik, bir atım
bitkin - tam halda olan; yetişmiş, kamil, mükəmməl
boyakarlıq- boya ilə şəkil çəkmə sənəti; rəngkarlıq
bukrani - əsasən, yunan-Roma incəsənətinə xas olan, eramızdan əvvəl və İntibah dövründə
ən çox işlənən,
öküz başı şəklində relyefli dekorativ ornament
C
cəngavər - cəsarətli, mahir döyüşçü, yaxşı vuruşan: döyüşkən
cır-cındır - dağılmış, süzülmüş,cındır-cındır olmuş paltar və s.; əsgi-üsgü
cilovlaya bilməmək - (məc.) saxlaya bilməmək, ram edə bilməmək
comərdlik - mərdlik, nəciblik, alicənablıq; səxavətlilik, əliaçıqlıq
cövhər - burada: qayə, əsl mətləb, bir şeyin əsas mənası
Ç
çat - yarıq, yer qabığında aralanmış nazik yarıq, torpağın yarılmış hissəsi
çeşmək - eynək, gözlük
çöhrə(dən) - üz, surət, sima