qor |
ocaq və ya təndirdə odun yandırdıqdan
sonra qalan xırda od parçaları |
isim |
|
layihə |
tikiləcək, qurulacaq bir şeyin
əvvəlcədən düşünülmüş planı |
isim |
|
lakonik |
qısa, yığcam |
sifət |
|
maarifçi |
xalq arasında maarif i, mədəniyyəti
yayan, xalqı savadlandıran |
isim |
|
meyar |
ölçü |
isim |
|
məsamə |
maddənin hissəcikləri arasındakı
boşluq, ara |
isim |
|
cığır |
ensiz, dar yol |
isim |
|
məskunlaşmaq |
yerləşmək, yurd-yuva salmaq |
feil |
|
məşvərət |
bir məsələni həll etmək üçün yığılıb
danışma, məsləhətləşmə |
isim |
|
məqbərə |
qəbirlərin üstündə xüsusi tikili,
türbə, mavzoley |
isim |
|
möhtəşəm |
öz əzəməti, böyüklüyü ilə insanı
valeh edən |
sifət |
|
mübadilə |
dəyişmə; bir şey verib əvəzinə
başqa bir şey alma |
isim |
|
müntəzəm |
ardıcıllıqla, sistematik |
zərf |
|
nəhayət |
|
modal söz |
|
nəzakət |
tərbiyə, mərifət, ədəb qaydaları |
isim |
|
niyyət |
məqsəd, məram |
isim |
|
təcəssüm
etmək |
görünmək, canlanmaq, əks
olunmaq |
feil |
|
təşəkkül |
inkişaf prosesində formalaşma |
sifət |
|
uçmaq |
1) havada hərəkət etmək; 2) qopmaq,
sökülüb dağılmaq |
feil |
|
üslub |
üsulların məcmusu, üsul |
isim |
|
vestibül |
böyük binaların daxili girəcəyində
böyük dəhliz, geniş eyvan |
isim |
|
vəsf etmək |
Təfərrüatı ilə, olduğu kimi göstərmək,
təsvir etmək |
feil |
|
yamac |
dağın, təpənin ən yüksək nöqtəsindən
aşağıya meyilli səthi |
isim |
|
zaval |
ziyan, zərər, təbii fəlakət |
isim |
|