Əziz şagirdlər!
İl boyu siz müxtəlif mövzulu mətnlərlə tanış oldunuz, həmin mətnlərdən, yəqin ki, özünüz üçün bir nəticə çıxardınız.
Hər bölmənin əvvəlində müxtəlif suallarla qarşılaşdınız, araşdırmalar apardınız, bir sıra problemlərin həlli ilə üzləşdiniz. Hansı bölmə daha çox xoşunuza gəldi və ya gəlmədi? Nə üçün? Bölmələr arasında əlaqə gördünüzmü?
Dərslikdəki mətnlərdən hansı nəticəni çıxardınız? Gəldiyiniz qənaəti 3-4 cümlə ilə ifadə edin.
Fikirlərinizi ümumiləşdirib yoldaşlarınızla bölüşün.