Tutaq ki, səlahiyyətli şəxssiniz. Müəyyən ərazidə ağacların qanunsuz olaraq kəsildiyinin şahidi olursunuz. Siz hadisəni sənədləşdirmək istəyirsiniz. Bu zaman hansı sənəddən istifadə edərsiniz?
A) məktub B) ərizə C) akt
Akt əməli yazı növüdür. “Akt” latınca “aqtos” sözündən olub hərəkət, hadisə, cinayət işi deməkdir.
Hər bir akt təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur.
AKT
Bakı şəhəri
08 avqust 2015-ci il
Biz aşağıda imza edənlər: Sevinc Yusifova, Ələkbər Kərimli, Gültəkin Cəfərova yazıb öz imzamızla təsdiq edirik ki, 17.07.2015-ci il tarixdə deyilən ərazidə olduq. Həqiqətən də, ərazidə aparılan tikinti işləri ilə əlaqədar olaraq 20 ədəd ağacın qanunsuz şəkildə kəsildiyinin şahidi olduq. Bu hal ….№-li Mənzil İstismar Sahəsinin məsuliyyətsizliyi və diqqətsizliyi ucbatından baş vermişdir. Həmin ərazidə tikinti işlərinin dayandırılması və ərazinin yenidən yaşıllaşdırılması üçün MİS-ə tapşırıqlar verilsin.
Aktı tərtib etdilər:
Bələdiyyə idarəsinin şöbə müdiri:
Bələdiyyə idarəsinin müfəttişi:
Bələdiyyə üzvü:
Sevinc Yusifova
Ələkbər Kərimli
Gültəkin Cəfərova