17. Müzakirə.
Ustanın saldığı körpü mehribanlığın, səmimiliyin, xoş münasibətin, dostluğun rəmzidir.
Sizcə, bu körpülər mehribançılıq, səmimilik, bir-birinə hörmət kimi insani keyfiyyətlərin formalaşmasına səbəb olarmı? Niyə?
Bəzən belə söhbətləri tez-tez eşidirsən: Xarici ölkələrdə filan tikililər, müasir binalar, klublar və s. var. Dövlət bu gün bu gözəlliyi ölkəmizdə, onun hər bir guşəsində, rayonlarımızda da yaradır. Ölkəmiz gündən-günə gözəlləşir.
Bu gün xarici ölkələrə səfər edərkən adamı heç nə təəccübləndirmir. Çünki bu gün bizdə hər şey var.
Ancaq bu gözəllik bəzən nəyinsə məhv edilməsi hesabına başa gəlir.