Mətndən hansı nəticəni əldə etdiniz?
Qardaşların ayrılmasına səbəb nə ola bilərdi? Fikrinizi əsaslandırın.
Siz qardaşların hərəkətini necə qiymətləndirirsiniz? Həyatda belə hadisə ilə rastlaşmısınızmı?
Usta “hələ tikiləcək çox körpülər var” dedikdə nəyi nəzərdə tuturdu?
İnsanlar arasında bu körpülər olmasa idi, nələr baş verərdi?
Aşağıdakı cümləni mətnin məzmunu ilə əlaqələndirin. Fikirlərinizi həyati nümunələr gətirməklə əsaslandırın.
İnsanlar arasındakı münasibətlərdə uçurum olsa belə, hasar deyil, körpü salmaq lazımdır.