Axşam evə dönən qardaş gördüklərinə çaşıb qaldı. Usta hasar əvəzinə, dərəni birləşdirən məhəccərli bir körpü ... (salmışdı, tikmişdi, ucaltmışdı). O gah ustaya, gah da körpüyə baxdı.
Böyük qardaş hələ çaşqınlıqdan özünə gəlməmişdi ki, qarşıdan kiçik qardaşının ona sarı gəldiyini gördü:
– Hərçənd haqsızlıq etdim, ancaq sən böyüklük edib mənə əlini uzatdın, – deyə kiçik qardaş böyük qardaşın boynuna sarıldı. Hər ikisi həyəcandan dolmuşdu. Elə hey bir-birlərinə nə isə deyirdilər. Birdən böyük qardaş uzaqlaşan ustanı görüb səsləndi:
– Dayan, getmə, görüləsi çox işlərimiz var. Əgər qalsan, sən də bizə qardaş olarsan.
Usta gülümsəyərək dedi:
– Mən buradakı işimi tamamladım. Getməliyəm, hələ çox tikiləsi körpülər var.
“Füyuzat” jurnalından, 2012-ci il
Dostluq, səmimilik, birlik sözləri mətn üçün açar söz ola bilərmi? Həmin sözlərin sinonimini tapmağa çalışın.
Mətndən frazeoloji birləşmələri seçib sinonim qarşılığını tapın.
Bir neçə feil seçin, onları frazeoloji birləşmə ilə əvəz edin.
Mətnin ilk iki cümləsində işlənən hansı sözlər bir-birinin antonimi ola bilər?
Mətndə nöqtələrin yerinə mötərizədəki hansı söz yazılsa, düzgün olar?
Görülən işin müqabilində qardaşlar ustaya razılıq bildirmək üçün hansı sözlərdən istifadə etsələr, məqsədəuyğun olar?
Hər şey üçün minnətdarıq, Sizə borcluyuq, Sizin əl qabiliyyətinizə heyranıq.