Bir nəfər Ömər Xəyyamı xalq içində təhqir etdi
Kaf irsən Sərxoşsan
Ona cavab vermədən Xəyyam ancaq gülümsədi.
Bu hadisənin şahidi olan gözəl, bahalı geyimli kişi Sən bu cür təhqirə necə dözürsən Heç incimirsən deyə Xəyyamdan soruşdu
Xəyyam yenə gülümsədi və dedi
Gəl mənimlə gedək
Kişi onun dalınca gedib tozlu bir zirzəmiyə düşür. Xəyyam şamı yandıraraq köhnə sandığın içində nəyi isə axtarmağa başlayır. Sonra köhnə cırıq bir xələt tapıb onu kişiyə atır və deyir
Geyin, bu sənə yaraşar
Kişi xələtə baxaraq hirsləndi
Neynirəm bu cır-cındırı deyərək o, xələti yerə atdı.
Xəyyam dedi
Görürsən, sən cır-cındırı geyinmək istəmədin. Elə mən də bayaq o adamın dediyi təhqiredici sözlərini heç özümə aid etmədim. Təhqirə incimək – bizə atılan cır-cındırı əyninə geymək deməkdir.
a) dırnaq, vergül, dırnaq, vergül, tire
b) dırnaq, dırnaq, vergül, tire
c) dırnaq, dırnaq, tire
d) vergül, vergül, tire
e) tire, vergül, vergül, tire
“Nəzakətli davranış qaydaları” mövzusunda kiçik mətn yazın. Bunun üçün, ilk növbədə, plan tərtib edin. Nədən və necə başlayacağınız haqqında düşünün.