“Azərbaycanf ilm” kinostudiyasında istehsal olunmuş “Bəxtiyar” filmində belə bir kadr var: 3 dost: Bəxtiyar, Yusif və Saşa Böyük Vətən müharibəsində yaralanan və hospitalda yatan xəstələrin qarşısında konsert proqramı ilə çıxış etməli idilər. Bu görüşə əliboş getmək istəməyən uşaqlar professorun bağından alma oğurlayan zaman bağ sahibi tərəf indən yaxalanırlar. Yusif bu hərəkətlərini təşəbbüs kimi təqdim etsə də, professor bunu “alma oğurluğu” adlandırır. Bəxtiyar düzünü etiraf etməli olur. Professor səmimi etiraf qarşısında özü uşaqlara yardım edir. (İstəsəniz, filmə baxa bilərsiniz.)
Düşüncələrinə diqqət et ki, onlar sənin sözlərinə çevriləcək,
Sözlərinə diqqət et ki, onlar sənin hərəkətlərinə çevriləcək,
Hərəkətlərinə diqqət et ki, onlar sənin xarakterinə çevriləcək,
Xarakterinə diqqət et ki, onlar sənin taleyinə çevriləcək.
(Ö.Xəyyam)
Mətndən (səh. 164–165) vasitəli və vasitəsiz nitqə aid nümunələr göstərin.