Mətni abzaslara ayırın. Giriş, əsas və son hissəni müəyyənləşdirin.
Hansı fikir mətnin məzmunu ilə əlaqələnmir?
Mətndə əsas fikir nədir?
Hekayənin ardını yazsa idiniz, onu necə tamamlayardınız?
Hansı atalar sözünü mətnə ad kimi seçmək olar? Seçiminizi izah edin.
Küçə ilə (səbət əlində, əli səbətli, əlində səbət, səbətli) bir yaşlı qadın gedirdi. Səliqə ilə səbətə yığılmış gözəl qırmızı və sarı almalar uzaqdan diqqəti cəlb edirdi.
Almalar mənim də diqqətimdən yayınmamışdı. Ehtiyatla arxa tərəfdən səbətə yaxınlaşdım, xəlvətcə almalardan birini götürüb gizlincə cibimə qoydum.
Qadın heç nə hiss etməmişdi. Mən onu ötüb keçmək istəyəndə dayandı və mənə dedi:
– Oğlum, bura gəl. Sənin adın nədir?
– İvan.
– Nə gözəl adın var? Görünür, özün də yaxşı oğlansan.
Mən heç nə deməyib yalnız çiynimi çəkdim. Qadın səbətdəki ən (iri, zorba, yekə) qırmızı bir alma seçib mənə uzatdı:
– Al, ye. Bu almalar öz (bağımın, bağçamın) məhsuludur.
Cibimdəki alma sanki od olub ayağımı yandırırdı. Qadın təkrar dilləndi:
– Nə üçün almanı götürmürsən?
O, əlini mənə uzatmış halda cavab gözləyirdi, mən isə ... Birdən əlimi cibimə salıb almanı çıxartdım, onu səbətə atıb qaçdım. Evə çatan kimi hönkür-hönkür ağlamağa başladım. Ancaq özüm də bilmirdim ki, niyə ağlayıram.