13. Mətni oxuyun və müzakirə edin.
Bir müdrik insandan soruşurlar:
– Dostlar neçə cür olur?
– Dörd, – deyə müdrik cavab verir. Elə dostlar var ki, yemək kimi hər gün onlara ehtiyacın olur. Elə dostlar var ki, sanki dərmandır, onları özünü pis hiss edəndə axtarırsan.
Dostlar var ki, xəstəliyə bənzəyir. Onlar səni özləri axtarıb tapır. Ancaq elə dostlar da var ki, onlar hava kimi, görünməsələr də, həmişə səninlədirlər.
Mətn aşağıdakı meyarlardan hansına uyğundur?
dəqiq – qeyri-dəqiq
sadə – mürəkkəb
konkret – mücərrəd
faktiki – emosional
qısa – ətraflı
aydın – şifrəli
Mətndə (səh. 162) abzasların sərhədlərini müəyyən edin.
Göy rəngdə verilmiş hissədə vasitəsiz nitqin durğu işarələrini bərpa edin.
Qırmızı rəngdə verilmiş hissədə nöqtələrin yerinə buraxılmış hərfləri əlavə edin.
Suallara yazılı cavab verməklə məsələyə münasibətinizi bildirin.
“Düzgün qərar vermək üçün ...” cümləni tamamlamaqla uyğun mətn tərtib edin.