12. Mətni oxuyun. Ben Mozerin qərarına münasibət bildirin.
Bu, sadəcə, bir uşaq vədi idi... Lakin illər sonra bu cavan verdiyi sözü yerinə yetirdi. Ben Mozer və Meri Lapkovits üç il bir sinifdə oxumuşdular. Meri Daun sindromundan əziyyət çəkirdi. Lakin bu heç də onların dostluğuna mane olmurdu. Əksinə, Ben Meriyə xüsusi qayğı ilə yanaşırdı. Merinin böyük qardaşı deyirdi Bəlkə də yaşıdlarının çoxusu bacımdan uzaq gəzirdi, onu bir qədər qəribə hesab edirdi, lakin Ben ona başqa tərzdə yanaşırdı... Benin anasının dediklərindən Etiraf etməliyəm ki, oğlum həmişə çox fəal, həm də diqqətcil uşaq olub. O, müntəzəm olaraq Meriyə qayğı göstərir və uşaqlar əylənən zaman onun diqqətdən kənarda qalmamasına çox fikir verirdi 4-cü sinifdə Ben Meriyə söz verdi ki, buraxılış ziyafətinə onunla bir yerdə gedəcək. İş elə gətirdi ki, onlar tə...sillərini mü...təlif məktəblərdə davam etdirməli oldular. Müəyyən müddət keçdi. Bu dəfə tale onları məktəblərarası futbol yarışında görüşdürdü. Məlum oldu ki, Ben verdiyi vədi yaddan çı...armamışdır: o, Merini bura...ılış ...ecəsinə dəvət etdi. Meri çox təəccübləndi, ancaq özünü xoşbəxt hesab edirdi. “Mən öz dostlarımla getməyə hazırlaşırdım, lakin Benin təklifinə çox şad oldum!”, – deyə Meri gülümsədi. Ben ilə Meri qəşəng geyinərək Merinin məzun olduğu məktəbdə buraxılış ziyafətinə yollandılar. Ziyafətdə onlara ibtidai sinifdə dərs deyən müəllimi də görməyə müvəffəq oldular. Müəllim də həmin vədi xatırlayırdı və həmin cütü görmək məqsədilə ziyafətə gəlmişdi. O, Ben ilə Merini bir yerdə görəndə sevincdən özünü göyün yeddinci qatında hiss etdi. Onun dediyinə görə, “Mən həmişə bu qızı “günəş şüası” adlandırırdım, çünki o, sinfimizdə, doğrudan da, günəş kimi hamını işıqlandırırdı. Ben bütün gecəni diqqət və qayğısını Meridən əsirgəmədi. O istəyirdi ki, Merinin üzü daima gülsün”. Merinin valideynlərinin sözlərinə görə, Ben onun insanlığa inamını bərpa etdi. Əsl dostluq bax, belə olar! Benin anası fəxr edə bilər ki, belə oğul tərbiyə edib.
Mətni oxuyub bu qənaətə gəldim ki, ...