Düzgün hesab etdiyiniz hər hansı məsələni həyata keçirdiyiniz zaman sizə irad bildirilərsə, nə edərsiniz?
9.1. Aşağıdakı suala cavab tapın.
Bəzən eyni mövzuda fərqli düşüncələrə malik olmaq nədən asılıdır?
Sorğu keçirmək üçün yaddaş
9.2. Sorğunun nəticələri haqqında hesabat hazırlayın.
Mətndə fərqləndirilmiş hissədə durğu işarələrini (qoşa nöqtə və dırnaq) çıxarın. Həmin cümlələri “ki” bağlayıcısı ilə əlaqələnən tabeli mürəkkəb cümlə şəklində yazın.
Nümunə:
Qarşıdan gələn digər dəstə deyir: “Bir bunlara baxın. Günün altında piyada gedirlər, atıla-atıla gedən eşşəyə minmirlər”.
Qarşıdan gələn digər dəstə deyir ki, bir bunlara baxın. Günün altında piyada gedirlər, atıla-atıla gedən eşşəyə minmirlər.