Molla hadisələrin subyekti yox, obyektinə çevrilir. Ən başlıca səbəb isə informasiya qıtlığıdır. Heç bir dəstənin özündən əvvəlki dəstənin rəyindən xəbəri yoxdur. Buna görə də səhv rəylərlə çıxış edirlər. Başqa sözlə, bir tərəfdən savadsızlıq, digər tərəfdən isə informasiya qıtlığı mollanı gülünc vəziyyətə salır.
Düzgün qərar qəbul etmənin texnologiyası haqqında fikirlərimi dəfələrlə söyləmişəm: istənilən hadisə ilə bağlı qəbul ediləcək qərarın xətası həmin hadisə ilə bağlı toplanan informasiyanın həcmindən asılıdır. Məlumat çox (...) olarsa, xəta da az olar. Məlumat az olarsa, xəta çox olar. Məlumatın həcmi həm də düşünmə zamanından asılıdır, yəni çox düşünərkən çox məlumat toplanar və düzgün qərar qəbul edilər. Bu zaman səhv də az olar.
Şahlar Əsgərov
Siz Molla Nəsrəddin lətifəsindən hansı nəticəni çıxardınız?
Düzgün qərar qəbul etmək üçün nə etmək lazımdır?
Hansı atalar sözü mətnin ideyasına daha çox uyğun gəlir?
Siz necə düşünürsünüz, düzgün qərar qəbul etmək nədən asılıdır?
Çox vaxt biz nəsə edəndə: “Görəsən, camaat nə deyər?”, – deyə düşünürük. Nə üçün insanlar çox zaman ətrafdakıların, ictimaiyyətin rəyinə daha çox üstünlük verirlər? “Camaat nə deyər?” ifadəsi bir çoxlarının həyat tərzini özündən asılı olmadan tamam başqa istiqamətə yönəldir. Bu fikirlə razı olub-olmadığınız barədə müzakirə aparın.