17. Cümlədəki fərqləndirilmiş sözlərdən düzgün olanını seçin.
Güldəstə bütün bu qaynar həyatdan özünü məhrum/mərhum etdiyini indi dərk etməyə başlayırdı.
Aşağı siniflərdə siz hekayə yazmağın yollarını öyrənmişsiniz. Bir hekayə yazmağa çalışın və aşağıdakı plandan istifadə edin.
Hekayənin mövzusunu düşünün.
Yazacağınız hekayənin ideyasının təklif olunan varianta uyğun gəlməsinə
çalışın:
Bəla görəcəksən, pislik etdinsə,
Əvəz verəcəkdir dünya hər kəsə. (Nizami Gəncəvi)