E.ə. XI–X əsrlərə aid qədim mənbələrdə Azərbaycanda yaşayan xalqların dini-fəlsəfi,
mənəvi-əxlaqi, ictimai-siyasi görüşləri əks olunmuşdur.
Müstəqil Atropatena dövlətinin yaranması məktəb təhsilinin inkişafına müsbət təsir göstərdi. Atropatenada məktəb təhsilində arami mənşəli pəhləvi əlifbasından istifadə olunurdu. Bu dövrdə Azərbaycanda dünyəvi elmlər də inkişaf edirdi.
Zadəganların uşaqları ilk təhsilini evdə alır, 7 yaşından sonra isə onları məktəbə göndərirdilər. Atropatena dövlətində sinifli cəmiyyət sürətlə inkişaf etdiyindən müxtəlif peşələrə yiyələnmiş
sənətkarlara ehtiyac duyulurdu. İxtisaslı kadrlar “saray məktəbi”ndə hazırlanırdı. Burada hakim sinfin uşaqları 16 yaşından başlayaraq müvafiq ixtisas təhsili alırdılar. Hərbi məktəblər də var idi.
Qədim mənbələrdə insanların ali məqsədə və məqama çatmasında müəllimin roluna yüksək qiymət verilir: “Hər bir şəxs müəllim vasitəsilə yazıb- oxumağı öyrənməli, kamala çatmalıdır. Pis müəllim şüuru korlar. Sözün mənasını çatdırmaz. Ağlın inkişafını dayandırar. Təlim-tərbiyəni fəsada çevirər. Nəticədə həyatın təbii axınına və gözəlliyinə zərər yetirər”.
Bu mənbələrdə müəllimlərlə yanaşı, alimlərin də cəmiyyətdəki istiqamətverici rolu belə qiymətləndirilirdi: “Çalışın ki, alim və cahil arasında fərq qoyasınız. Alimlər həyatın yol göstəriciləridir”.
Deməli, ...
2. Yoldaşlarınızla müzakirə aparmaqla ilk sözü verilmiş cümləni tamamlayın
“Azərbaycan təhsil tarixi” kitabından