Şeirdən vasitəsiz nitqə aid nümunələr seçin. Həmin cümlələrin sxemini qurun.
Şeiri nəsr şəklində yazın. Yazınızda sadə və mürəkkəb cümlənin müxtəlif növlərindən istifadə etməyə çalışın. Yazdığınız mətni oxuyun. Təxəyyülünüzə əsasən yazınıza əlavələr edin. Sizi dinləyənlərin rəyini nəzərə alıb düzəlişləri daxil edin.
Aşağıdakı sxemlərə uyğun cümlələr düzəldin.
“V, – m, – v”.
“V? – m, – v?”
“V!” – m.
M: “V!” – m.
M: “V?”
M: “V”, – m.
1) Teymur papağı başına qoyub qapıya doğru yönəldi. Anasına yaxınlaşıb mehriban nəzərlə onun üzünə baxdı. 2) Mən şikayət edəcəyəm. Güldəstə qəti və barışmaz ifadə ilə səsini ucaltdı. 3) Yox, o bu gün evə qayıtmayıb. Teymur qəti səslə etiraz etdi.