Şeirə əsasən “Anaların həyatı” mövzusunda söhbət aparın.
İrqindən, dinindən asılı olmayaraq, bütün anaların arzuları eynidir. Bəs bu arzularla böyüyən övladlar həmişəmi anaların ümidlərini doğruldur?
“Bütün anaların hamısı övladlarını xoşbəxt görmək istəyir, ömrünü balalarının fərəhli həyatı uğrunda şam kimi əridir” fikrini ya təsdiq, ya da təkzib edin. Övladını taleyin ümidinə atan analar haqqında fikir yürüdün. Müzakirə aparıb fikirlərinizi ümumiləşdirin.
Hansı müdrik kəlamı şeir üçün epiqraf seçərdiniz?
Aşağıdakı sxemi tamamlayın və şərh edin.
Cəmiyyətin inkişafında mühüm rol oynayan qadınlarımız haqqında məlumat toplayıb kiçik təqdimat hazırlayın.