Bala ayaq da açdı,
Küçədə gəzdi, qaçdı.
Ana qəlbi sığmadı
Fərəhindən göylərə,
Hər bala addımına
“Əhsən”, – dedi min kərə.
Arzudan arzu doğdu,
Ana dedi: “Azdı bu!
Balam da balalartək
Havaxt dərsə gedəcək?”
Bala dərsə də getdi,
Bala dərsdən də gəldi,
Deməyin ki, ananın
Arzuları gödəldi.
Bala məktəb bitirdi,
Ali məktəbə girdi.
Ananın arzuları
Yenə də tükənmədi:
“Ah… bircə tez balamın
Toyunu görüm!” – dedi.
Arzudan arzu doğdu,
O qurtardı, bu doğdu;
Ana bir vaxt gördü ki,
Ömrü axıra yetmiş,
Arzuların odunda
Öz ömrünü əritmiş.
Ah, yenə də ananın
Arzuları bitmədi;
Bu arzular, arzular
Ananı tərk etmədi.
Ana getdi dünyadan
Balanın çiçəklənən
Ömrünün yaz çağında,
Ananın arzuları
İndi də təkrar oldu
Balasını böyüdən
Balanın dodağında.
Bəxtiyar Vahabzadə
Şeirin son bəndinə münasibət bildirin. Buradan hansı nəticəyə gəlmək olar?
5. Verilmiş frazeoloji birləşmələri uyğun gələn mənaları ilə birləşdirin.