Bəzən vasitəsiz nitq müəllif sözlərinin arasında verilir. Bu zaman müəllif sözündən sonra qoşa nöqtə işarəsi qoyulur. Vasitəsiz nitq dırnaq işarəsi içərisində verilir, sonra vergül və tire qoyulur.
Məsələn:
“Çox diqqətli ol, – deyə Yeganə dilləndi, – bu sənin üçün bir imtahandır”.
“V, – m, – v”.
II cümlənin sxeminə əsasən durğu işarələrinin işlənmə ardıcıllığını şərh edin.
Uzaqda ucalan Böyük Kirs dağına baxıb Yəqin ki, siz Şuşanın təməlinin XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəf indən qoyulduğunu bilirsiniz Şuşanın sonuncu xanı Xurşudbanu Natəvan olmuşdur deyə o aram-aram sözə başladı. (F.Güney)
Vaxt ötdükcə artıq o da narahat olmağa başlayır Bunlar harada qaldılar deyə düşünürdü (E.Elatlı)
Qarabağ uğrunda döyüşən hər hansı bir qəhrəman haqqında təqdimat (esse) hazırlayın. Aşağıdakı plandan istifadə edin. Yeri gəldikcə vasitəsiz nitq cümlələrindən istifadə edin.