Birdən güllə səsi eşidildi. (1) Əlindəki boşqab yerə düşdü. (2) Güllə səsi ilə birlikdə ananın ürəyindən dəhşətli bir ağrı keçdi. (3) Güclə eşidiləcək bir səslə: “Oyyy!!!”, – dedi. (4) Yanındakılar hövlnak ona yaxınlaşdılar. (5) Ana özündə deyildi, ruhu uçub getmişdi. (6) Ətrafdakılar onun nədən bu hala düşdüyünü anlaya bilmirdilər. (7) Çünki eşidilən atəş heç kimə heç nə demirdi, anadan başqa. (8) O, bir anda yerindən qopub: “Fariz, oğlum!” – deyib fəryadla özünü çölə atdı. Bu acı fəryad ətraf ındakıları ananın ardınca səslədi.
…Oğlunun başını sinəsinə sıxmışdı. Farizin məsum sifəti, körpə uşaq təbəssümlü saf, bir az da gizli nisgil (...) gizlənmiş baxışları olduğu kimi donub qalmışdı.
Bu donmuş çöhrədən (...) bircə ifadəni oxumaq mümkün idi: “Mənim günahım nə idi?!.” Ananın hıçqırıqlarından, “Oğul, bala, Fariz...” harayından başqa heç nə anlamaq mümkün deyildi. Anlaşılan bu sözlərdə də “Balamın günahı nəydi???” hayqırtısı vardı.
Əslində, bu sualın cavabını bütün dünya (...) bilirdi. Amma etiraf etməyə heç kim özündə cəsarət tapmırdı. Deyə bilmirdilər ki, doqquz yaşlı körpənin günahı (...) müsəlman olması, “Türk oğlu türk” olmasıdır… Məsum bir körpənin yalnız milli mənsubiyyətinə görə həyatına son qoyulması vandalizmin son mərhələsidir!!!
Lap uzaqda gülümsəyən günəşlə qaynaşan buludlar qovuşub ildırıma, şimşəyə çevrilmişdi. Dağların o üzündə yeri-göyü qovuşduran dəli bir leysan başlamışdı.
…Orta Qərvənd kəndində isə Şirinnaz ananın fəryadı göylərə dirənmişdi…
“Füyuzat” jurnalından, 2011-ci il
Mətndə nöqtələrin yerinə sözlərin uyğun sinonimlərini tapın. Bu sözlər həmişə bir-birini əvəz edirmi?
Altından xətt çəkilmiş sözün mətndəki mənası həftənin hansı günü ilə səsləşir? Bəs, əslində, necədir?
Saçlarını oxşamışdı ifadəsində oxşamaq sözünü daha hansı mənada işlətmək olar?
Mətndə frazeoloji birləşmələrlə məcazi mənalı birləşmələri seçib onları bir-birindən fərqləndirməyə çalışın.
Vandalizm sözünün leksik mənasını müəyyənləşdirin.
Məntiqi ardıcıllığı davam etdirin:
Gizli – açıq, göy – ..., acı – ..., saf – ...
Belə sözlər ... adlanır. Nöqtələrin yerinə nə yazılmalıdır?