Ayrılmaq məqamı gəlir. Onlar üç yol ayrıcına çatanda dayanırlar. Od soldakı yola çıxıb dayanır. Yoldaşları ilə vidalaşarkən deyir:
– Harada ocaq yansa, haradan tüstü çıxsa, bilin ki, mən oradayam. Məni orada axtarın.
Su da ortadakı yola keçir, səmimiyyətindən, mehribanlığından doymadığı, vida anlarında ayrılığa dözməyib gözləri yaşaran həmkarlarına deyir:
– Harada yaşıllıq, abadlıq görsəniz, bilin ki, mən oradayam.
Vicdan qıraqdakı, sağdakı yolda dayanır, dostlarına baxır, doluxsunub soruşur:
– Məni harada axtaracaqsınız?
Nə od dillənə bilir, nə də su.
Vicdan görür ki, dostları özlərini itiriblər, tez dillənir:
– ... .
(İsmayıl Şıxlı)
Amerikanın 16-cı prezidenti Abraam Linkoln demişdir: “Dostlarımı itirsəm, kədərlənmərəm, təki vicdanım məni tərk etməsin”.
Mətndə fərqləndirilmiş cümlələrdə müəllif sözünü və vasitəsiz nitqi müəyyənləşdirin. Sxemi qurmağa çalışın.