Məlikə xanım “ləkə” dedikdə nəyi nəzərdə tuturdu?
Məlikə xanımın Mehmana olan xoş münasibəti nə ilə bağlı idi?
Abraam Linkolnun müəllimə ünvanlanan təklifləri ilə Məlikə xanımın verdiyi nəsihətləri müqayisə edin. Hansı oxşarlığı gördünüz?
Uğurlarının sirlərini müəllimlərində görən fin şagirdlərinə bizim də uğurlarımızın sirri azərbaycanlı Məlikə xanım kimi müəllimlərdədir cavabını vermək olarmı?
Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. cümləsini mətndə nömrələnmiş cümlələrin hansından sonra yerləşdirmək olar?
Məlikə xanımın şagirdinə olan münasibəti əsasında Mehman haqqında fikir yürüdün.
Mətnin məzmununa uyğun atalar sözü tapın.
Mətn üzərində iş aparmaq üçün siz hansı suallardan istifadə edərdiniz?
Müəllifin oxucuya çatdırmaq istədiyi əsas fikri müəyyənləşdirin.
Mətndə altından xətt çəkilmiş cümlədə ifadə olunan fikrə münasibət bildirin.
Mətnin əvvəlində verilmiş epiqrafa münasibət bildirin.
İxtisarla verilmiş aşağıdakı mətni oxuyun. Mətndə hansı fikir ifadə olunmuşdur?
Od, su, vicdan yoldaş olurlar. Neçə gecə, neçə gündüz yol gedirlər. Bir süfrədə çörək yeyir, bir qabdan su içir, dincəlmək istəyəndə kürək-kürəyə verib yatırlar. Onların birliyi hər yeri abadlaşdırır: susuz çöllər cana gəlir, oda ehtiyacı olanlar od əldə edir...