O deyirdi ki, insanları idarə etmək öz şəxsi nümunəsi ilə onları ardınca apara bilən az adama müyəssər olan yüksək müdriklikdir.
O, təlim və tərbiyədə ayrı-seçkiliyə qarşı çıxmış və Çində sosial vəziyyətindən asılı olmayaraq, bütün insanların daxil ola biləcəyi ilk xüsusi məktəb yaratmışdır. O deyirmiş ki, təlimdə insanlar arasında fərq olmamalıdır.
Konfutsi öz məktəbini Lu çarlığının paytaxtı Tsyuyfu (indiki Şandun əyaləti) şəhərində yaratmışdı. Məktəb öz ölçülərinə görə böyük olub, iki binadan ibarət idi; “Tan” adlanan yerdə şagirdlər məşğul olur, “Ney”də yaşayırmışlar. Yaxşı havada məşğələlər həyətdə, Konfutsinin çox sevdiyi ərik ağacının altında keçirilərmiş. Məktəb özünün “Sin tan” (“Ərik mehrabı”) adını da buradan almışdır.
Yusif Əliyev
Mətn üçün açar sözlərin düzgün seçilib-seçilmədiyini əsaslandırın.
Dəyər, qiymət, keyfiyyət sözlərinin yerinə görə sinonim olduğunu nümunələrlə əsaslandırın.
Vərdiş və adət-ənənə sözlərinin məna fərqini müəyyənləşdirin.
Konfutsinin “təlimdə fərq olmamalıdır” fikrinə uyğun mülahizələrə hansı mətndə rast gəlmişdiniz?
Borc dedikdə nə nəzərdə tutulur?
İnsanpərvərlik anlayışını necə başa düşürsünüz? İnsanpərvərlik dedikdə hansı xüsusiyyətlər nəzərdə tutulur?
Zərdüşt və Konfutsinin təhsil və müəllim haqqındakı fikirlərini müqayisə edin.
“Özü özünün müəllimi və tərbiyəçisi olan kəs camaata müəllim və tərbiyəçi olan şəxsdən daha təqdirəlayiqdir” fikrinə münasibət bildirin. Sizcə, özünütərbiyə nə deməkdir?
Oxuduğunuz mətnə əsasən bölmədə nə haqqında söhbət gedəcəyi barədə fikir yürüdün.
Mətni oxuyub bu nəticəyə gəldim ki, ... .
Cümləni mətndən əldə etdiyiniz müxtəlif hökmlərlə tamamlayın.
Mətnin adına münasibət bildirin. Ad məzmunu tamamlayırmı? Siz mətnə necə ad verərdiniz?