1. Mətni oxuyarkən mötərizədəki sözlərdən uyğun olanını seçin.
Hərtərəfli şəxsiyyət formalaşdırılması işinin mühüm tərkib hissələrindən biri əxlaq
tərbiyəsidir. İnsan əxlaqi keyf iyyətləri ilə birlikdə hazır şəkildə doğulmur. Onda formalaşan bir çox keyf iyyətlər cəmiyyətin ona göstərdiyi təsirin nəticəsi kimi meydana çıxır. Hər bir cəmiyyətin özünəməxsus əxlaq normaları, davranış qaydaları mövcuddur. Bu qaydalar insanlar arasındakı müxtəlif münasibətləri, əxlaqi dəyərləri özündə birləşdirir. Konfutsi belə hesab edirdi ki, bütün adamlar öz təbiəti etibarilə bir-birilərinə yaxındır. Lakin onlara (müxtəlif, cürbəcür, rəngarəng) (vərdişlər, adət-ənənələr) xasdır. Bəziləri yaxşı, mehriban və əxlaqlıdır, digərləri pis, yaramaz və qəddardır.
Konfutsi insanın hökmən yiyələnməli olduğu iki cəhəti xüsusi qeyd edirdi: borc və insanpərvərlik.
Bir dəfə Konfutsi Jan Yu adlı tələbəsi ilə Vey çarlığına gəlir. Konfutsi yetirməsindən soruşur ki, olduqları yerdə nə qədər
adam yaşayır? Jan Yu cavab verir ki, buranın əhalisi sürətlə artır. Məlum deyil ki, sonra necə olacaq. Konfutsi deyir: “Onu zənginləşdirin”. “Biz onu zənginləşdirdik, bəs sonra nə etmək lazımdır?”, – deyə tələbəsi soruşur. “Onu tərbiyə edin”, – deyə Konfutsi cavab verir.
Konfutsi belə hesab edirdi ki, təlim-tədris prosesində adam daha yaxşı və əxlaqlı olur, çatışmazlıqlarını və düzgün olmayan hərəkətlərini düzəltməyə çalışır. O, xalqın maariflənməsi uğrunda (mübarizə, müharibə) aparır və hesab edirdi ki, bununla xalqı onun özünün seçə bilmədiyi düz yolla getməyə vadar etmək olar