1. Maraqlıdır ki, əsrlər, qərinələr ötdükcə, insanların zövqü, dünyagörüşü dəyişdikcə gözəllik meyarları da dəyişdi. Elmin, texnikanın inkişafı ilə həmahəng yeni inşaat materialları və konstruksiyaları yarandıqca memarların təxəyyülü üçün geniş imkanlar açıldı və onlar daha ənənəvi, arxaik görünüşlü piramidaya “bir yığın daş” kimi baxmaq istəmirdilər. Nəticədə Misir piramidası “yavaş-yavaş yana yıxıldı” və nəhayət, zirvəsi üstə qərar tutdu. Bəli, bəli, çevrilmiş piramida zirvəsi üstə dayandı, özü də daşdan yox, müasir materialdan, içərisi də bomboş!..
2. Hələ eramızdan əvvəl qədim Misirdə yaranmış piramidalar (“Dünyanın yeddi möcüzəsi”ndən biri!) 20-30 il ərzində yüz minlərlə qulun ağır əməyi və əzablı ölümü bahasına ucaldılmışdır. Hər daşının çəkisi üç-dörd ton olan və hündürlüyü 145 metrə çatan fironların məzarı niyə məhz piramida olmalıydı?
Tünd şriftlə verilmiş sözlərin əvəzinə onların elə sinonimlərini işlədin ki, cümlənin məzmununa xələl gəlməsin.
Fərqləndirilmiş sözlərin leksik mənasını izah edin.
Bunlardan hansı qərinə sözünün leksik mənası ola bilər: