Qocalar kərpic kəsər, kölələr yük daşıyar.
Əziyyətli olsa da, öyrəndim bu sənəti
Ki, boynumda qalmasın bir kimsənin minnəti.
Xəzinə yığmıram ki, məsxərəyə qoyulum,
Əlimin zəhmətilə dolanıram, ay oğlum!
Çörək qazanıram mən, götürmə babalımı,
Min harama dəyişməm birgünlük halalımı”.
Alovlandı gözəl gənc qocanın sözlərindən,
Gedəndə... gildir-gildir yaş axdı gözlərindən.
Nizami Gəncəvi
(Tərcümə edən Xəlil Rza Ulutürk)