1217–1227-ci illər ərzində Çingiz xan bəşər tarixində ən möhtəşəm imperiya yaratmışdır. Onun sərəncamında Çində, Hindistanda və Qədim Rusiyada ələ keçirilmiş saysız-hesabsız var-dövlət var idi. Tarixçilər indiyə qədər həmin var-dövlətin harada olması barədə baş sındırırlar. Belə ehtimal edirlər ki, onun qəbri bütün əvvəlki tapıntıları, məsələn, Tutanxamonun sərdabəsini kölgədə qoya bilər. Deyilənə görə, böyük fateh onun dəfnində iştirak edən əsgərlərin hamısının öldürülməsini və onunla bir yerdə (basdırılmasını, dəfn edilməsini), sonra isə çayın məcrasının dəyişdirilərək onun qəbrinin üstündən axıdılmasını vəsiyyət etmişdir.