Bu maraqlı hadisə 1974-cü ilin martında Çinin Sian şəhərindən 40 km məsafədə yerləşən Şensi əyalətində baş vermişdir. İnsanlar əmələ gəlmiş yarğana baxanda gözlərinə inanmadılar. Torpaqdan camaatın üzünə gildən hazırlanmış orta yaşlı bir kişi baxırdı. Onun arxadan hörülmüş uzun saçları vardı. Əynindəki geyim qədim (köhnə) Çin əsgərlərinin geyiminə oxşayırdı. Əhali dərhal bu barədə yerli arxeoloqlara xəbər verdi. Tezliklə bu ərazidə geniş miqyaslı qazıntı işləri başlandı.
(1) Torpaqdan orta yaşlı qədim Çin əsgərinin gil fiquru çıxdı. (2) O, əlində bürünc uclu nizə tutmuşdu. İlk vaxtlar heç bir alim bu tapıntını yaxınlıqda olan təpə ilə əlaqələndirmirdi. (3) Amma alimlər bilirdilər ki, haradasa bu təpənin altında məşhur Çin imperatoru Tsin Şi Xuandinin məqbərəsi yerləşir. (4) Əldə olan məlumatlara görə, məqbərənin özü dağıdılmışdır. (5) Ona görə də alimlər buna elə də əhəmiyyət vermirdilər. (6) Bunun nəticəsində bütün dünya (cahan) yeni tapıntıdan xəbər tutdu. (7) Axtarışlar zamanı təpədən şərqə doğru çoxlu sayda gil əsgər tapıldı. İlk baxışdan bu, böyük (iri) orduya bənzəyirdi (oxşayırdı). Bu günə qədər arxeoloqlar 6 min gil əsgər tapıblar. Burada 4 cərgə süvari əsgər ordusu, döyüş arabaları var idi. Hər bir ordu növü cərgə halında yığılmışdır. Hər bir əsgər, araba, at çox təbii görünürdü.
Hansı sözləri mötərizədə verilmiş sözlərlə əvəz etsək, uyğunsuzluq yaranar? Mətndə çərçivəyə alınmış sözlərin məna fərqini izah edin.
Hansılar mətn üçün açar sözlər ola bilər?
gil əsgər, məqbərə, imperator, ənənə, mühafizə, ordu, arxeoloq, ağıl
Siz hansı sözləri təklif edirsiniz?
İmperator, hökmdar, şah, çar sözlərinin leksik mənalarını fərqləndirin.