Çıraqqala Şabran rayonunun təqribən 20-25 kilometrliyində Çaraqqaya adlanan sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə qərar tutub. Neçə yüz ildir, qala ulularımızın şanlı tarixini bu günümüzə qədər yaşatmaqdadır.
Çıraqqala Sasani hökmdarları tərəfindən IV–VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olmuş bu qaladan geniş bir ərazini nəzarət altında saxlamaq mümkün olmuşdur. Düşmənin gəlişini görən qaladakılar tonqallar vasitəsilə ətrafa xəbər vermiş, hamını köməyə çağırmışlar.
Yerli əhalinin qalanı “Çaraqqala” adlandırmasına baxmayaraq, buranın orta əsrlərdən qala-şəhər olmasını göstərmişdir. Qalanın bir neçə kilometrliyindəki kəndin Çaraq adlanması da bu faktı təsdiqləyir. Məlumdur ki, bu qalanın Sasanilər tərəf indən təyin edilmiş ilk hakiminin adı Çara olmuşdur. Deməli, bu qalanın əhali tərəf indən “Çara yaşayan qala” adlanması daha inandırıcıdır. Sonralar Çara qala “Çaraqqala” şəklində işlənmişdir.
Ümummilli lider Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli sərəncamı ilə Çıraqqala tarixi abidə kompleksi qoruq elan edilmişdir.
Fit qalası ilə Çıraqqala arasında hansı oxşarlığı gördünüz?
Azərbaycanın müxtəlif bölgələrindəki şagirdlər də yaşadıqları ərazidə tarixin bizə yadigar qoyduğu qalalar, abidələr, tikililər haqqında təqdimat hazırlayıb həmyaşıdları ilə paylaşsa, yaxşı olar.
Təqdimatlarınızın məzmunlu və dolğun olmasına çalışın.
Əziz şagirdlər,
unutmayın ki, yazdığınız
hər cümlə, dediyiniz
hər söz sizin haqqınızda
dolğun təsəvvür yaradır.
Ona görə də təqdimatınızda
və təqdiminizdə
diqqətli olun!