Çünki o, Sisianovun hiyləgərcəsinə plan hazırladığını anlamışdı. Bir müddət sonra müqavilə mətni ilə yaxından tanış olan Mustafa xan Şirvan əhalisinin təzminat ödəməyəcəyini bildirir və sülh müqaviləsindən bu maddənin çıxarılmasını tələb edir. Lakin Sisianov bunun müqabilində Şamaxı xanlığının illik bac vergisini 7 min çervon məbləğində müəyyənləşdirir və Fit dağı yaxınlığındakı Çərtmə dağının ətəyində görüş keçirilir. 1805-ci il dekabrın 27-də Mustafa xanla Sisianov arasında 11 maddəlik müqavilə imzalanır və Şamaxı xanlığı Rusiyadan asılılığı qəbul edir.
Mahir Qəribov
“Füyuzat” jurnalından, 2010-cu il
Qalalar bədnam hadisələrin şahididir.
Qalalar qürur yerimiz, qəhrəmanlıqla dolu tariximizin şahididir.