Şahzadə bir çoban qızına aşiq olur. Qız gələn elçilərdən şahzadənin nə sənətin sahibi olduğunu soruşur. Elçilər şahzadəyə sənət lazım olmadığını, atasından sonra böyük bir ölkəni idarə edəcəyini söyləyirlər. Lakin qız şahzadənin bir sənəti yaxşı öyrənməyincə ona ərə getməyəcəyini qəti olaraq bildirir.
Şahzadə çarəsiz qalıb bir sənət əldə etməyə məcbur olur. Ölkənin ən mahir xalçaçılarını çağırıb incə, zərif naxışlı xalçalar toxumağı öyrənməyə başlayır.
Bir-iki il keçir, şahzadə mahir bir xalça ustası olur. Gözəl xalça toxuyub onun naxışları arasında rəmzlə çoban qızının gözəlliyini əks etdirir. Xalçanı qıza göndərir. Qız xalçanı çox bəyənir və şahzadəyə ərə getməyə razılıq verir. Onlar evlənirlər.
Bu hadisədən bir neçə il də keçir. Şahzadə səfərə çıxır. Yolda quldurlar onu tuturlar. Onu öldürmək istəyənlərə gözəl xalça toxuduğunu söyləyir. Quldurlar onun zəhmətindən fayda götürməyi qərara alır, şahzadəni sağ saxlayıb ona xalça toxutdururlar. Şahzadə toxuduğu xalçaların naxışları arasında rəmzlə harada və kimlərin əlində əsir olduğunu yazır. Təsadüfən bu xalçalardan birini gətirib şah sarayına satarkən şahzadənin arvadı naxışların arasındakı “yazıları” oxuyub əhvalatı başa düşür. Xalçanı satanı tutub onun vasitəsilə şahzadənin yerini öyrənir və onu xilas edirlər.
9.1. Aşağıdakılardan hansı mətnə ad kimi seçilə bilər? Siz nə təklif edərsiniz?
A) Sənət şahzadəni ölümdən qurtardı.
B) İş ustasından qorxar.
C) ______________
9.2. Sizcə, nə üçün qız asan yol seçmədi?
9.3. Qız şahzadəyə ərə getməyə razılıq verir: