Buna görə də, əslində, Memar Əli tərəfindən inşa edilən Gəbzə şəhərindəki Çoban Mustafa Paşa məscidi, İstanbulun Sultan Əhməd məscidi səmtindəki İbrahim Paşa sarayı Memar Sinanın əsərləri kimi tanınır. Halbuki Memar Sinan, sadəcə, bu binaları öz dövründə təmir edib.
Üslub və memarlıq xüsusiyyətlərinə görə Memar Əliyə aid edilən, lakin kitabəsi (“tarixi lövhə”si) olmayan Topqapı Sarayında Babüs-Salamlıq bölməsi, İstanbulda Sultan Səlim məscidi və öz vəsaiti ilə ərsəyə gətirdiyi Memar Əcəm məscidi kamil sənət nümunələridir.
Hərçənd ki onun ölüm tarixi ilə bağlı mənbələrdə açıq məlumat verilmir, ancaq öz vəsaiti hesabına tikdirdiyi Memar Əcəm məscidinin 20 mart 1537-ci il tarixli sənədindən onun hələ həyatda olduğu anlaşılır. Bu tarixdən sonra haqqında heç bir bilgi verilməməsi və 1538-ci ildə Memar Sinanın Osmanlı dövlətində baş memar olaraq işə başlaması belə bir qənaətə gəlməyə əsas verir ki, Memar Əli 1538-ci ildə vəfat edib.
Bilal Dədəyev
1) Bu adətdir adam həmişə qürbətdə vətən həsrəti çəkir. 2) Bu dünyanı dilimiz vasitəsilə öyrəndik dilimiz vasitəsilə tərbiyə tapdıq (A.Səhhət). 3) Bir aydan çox idi ki səfər davam edirdi (Ə.Cəfərzadə). 4) Turqut Dədə dedi ki xəyanət olan yerdə birlik olmaz (Ə.Cəfərzadə).