1897-ci ildə rus yazıçısı M.Qorki 2-ci dəfə Bakıda olmuş, şəhərin xeyli dəyişməsi yazıçını heyran etmişdir:
“...Gecələr mən Botanika bağının salınacağı yüksəklikdən Bakıya, onun sayrışan işıqların ziyasına qərq olmuş gözəlliyinə tamaşa etməkdən doymurdum. Mən bugecəki gözəl mənzərəni Bomer dağından suların əks etdirdiyi rəngarəng işıqlara bürünmüş Neapola baxarkən görmüşdüm. Xəzərin güzgüsündə əks olunan sahil işıqlarının büründüyü Bakı gecələri daha işıqlı, daha cazibədardır”.
“Bakı XX və XXI əsrdə” mövzusunda söhbət aparın.
“Mən Bakıdan Moskvaya qayıdarkən maşında ağladım”. KİV-in verdiyi məlumata görə, bu sözləri Rusiya mətbuatına verdiyi müsahibədə Rusiyanın məşhur aparıcısı Andrey Malaxov demişdir.
“İki il əvvəl, 2014-cü ildə Bakıya ezamiyyətə getmişdim. Şəhərin qısa müddət ərzində fantastik dərəcədə dəyişdiyinin şahidi oldum. Bakı qısa vaxtda olduqca müasir, gözəl, tamamilə fərqli bir şəhərə çevrilmişdir. Əvvəlki illərlə müqayisədə yaxşı mənada şəhər tanınmaz dərəcədə dəyişmişdir. Budur, mən Bakıdan – günəşin, ağ mərmərin, işıqlandırılmış gözəl küçələrin, təmizliyin və sairənin olduğu şəhərdən Moskvaya qayıdıram”.